Səməd Seyidov AŞPA-nın Büro və Daimi komitə iclaslarına qatılacaq

Mayın 23-24-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Büro və Daimi komitə iclasları keçiriləcək.
Etikxeber.az xəbər verir ki, tədbirlərdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  iştirak edəcək.
İclaslarda AŞPA-da Yeni siyasi qrupun yaradılması, AŞ-yə yeni baş katibin seçilməsi, Ukraynada, Şimali Makedoniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Qazaxıstanda keçiriləcək prezident seçkiləri, Ukraynada keçiriləcək parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq.
S. Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
Etikxeber.az

Read Previous

Terrorçuluğa qarşı mübarizə ilə bağlı qanuna dəyişiklik olunur

Read Next

Avtoservisdə avtomobili yandı, 40 minlik ziyanı necə ört-basdır edildi? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir