Səmədzadənin Azərbaycan adlı Sənət Gecəsi keçiriləcək – SABAH

Sabah – 9 iyunda, saat 20:00-da Yaşıl Teatrda Xalq artisti, tanınmış bəstəkar Aygün Səmədzadənin Azərbaycan Xalq Cumhuriyyətinin (AXC)  100 illiyinə həsr olunmuş Azərbaycan adlı Sənət Gecəsi keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, gecədə musiqi və rəqs kollektivləri, o cümlədən, xalq artisti Teymur Göyçayevin rəhbərliyi və baş dirijorlugu ilə Qara Qarayev adina Dövlət kamera orkestri iştirak edəcəklər.

aygun-1

Eyni zamanda, müğənnilərdən Lalə Məmmədova(Əməkdar artist), Eyyub Yaqubov( Xalq artisti), Rəşad İlyasov (Əməkdar artist), Ayaz Qasımov, Brilliant Dadaşova( Xalq artisti), Leyla İdrisova, Elnur Əhmədov(Əməkdar artist), Nigar Cəlilova, Orxan Cəlilov, Nazim Məmmədov, Emin Bədəlov, Abbas Bagırov(Əməkdar artist), Fidan Süleymanova, Ənvər Sadıqov (Xalq artisti), Vüsal Hacıyev, İlqar Muradov(Əməkdar artist), Aygün Bəylər(Əməkdar artist), Nurlan Növrəsli(Əməkdar artist) və digərləri iştirak edəcəklər.

Gecədə bəstəkarın yeni mahnıları və əsərləri də yer alacaq.

aygun_semedzade1527748968

Qeyd edək ki, A. Səmədzadə mayın 27-də ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülüb.

Eyni zamanda, qeyd edək ki, A. Səmədzadə tanınmış ziyalı – akademik, millət vəkili Ziyad Səmədzadənin 3 övladından biridir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Dövlətimə və prezidentimə minnətdaram – İMAMVERDİ İSMAYILOV

Read Next

Akif Əlizadə yenidən prezident seçildi – AMEA-NIN – YENİLƏNİB – (2) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir