Şəmkirdə baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki uşaq xilas edildi – FHN

Şəmkir rayonunda ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb.

Yanğın zamanı tüstüdən zəhərlənən iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Avtoservisdə avtomobili yandı, 40 minlik ziyanı necə ört-basdır edildi? – FOTOLAR

Read Next

Vergilər Nazirliyinin 8 əməkdaşı işdən çıxarıldı – CİNAYƏT İŞİ AÇILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir