Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarıldı- Baş Prokurorluq araşdırma aparacaq

Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir rayon Seyfəli kənd tam orta məktəbi ilə bağlı dərc olunmuş məlumatlarla əlaqədar apardığı araşdırma başa çatıb.

Etikxeber.az bildirir ki, Şəmkir rayon Təhsil Şöbəsindən verilən xəbərə görə, araşdırmanın nəticəsi olaraq, orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin laborantı Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktoru Akif Namazovu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında X. Əliyevanın seks videosuna görə işdən uzaqlaşdırıldığını bildirib. Bu hadisə ictimaiyyət arasında ciddi rezonansa səbəb olub.

Etikxeber.az

Read Previous

Küllü miqdarda siqaret aşkar edilib

Read Next

“Ermənistan rəhbərliyi aprel döyüşlərindən nəticə çıxarmasa…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir