Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Onu illər öncə qəlbləri oxşayan mahnılarından, nəğmələrindən, bəstələrindən, ifalarından tanıyıram, tanıyırdım…
Qiyabi şəkildə…ekrandan, efirlərdən…uzqadan…
Ancaq Onu daha yaxından və canlı şəkildə tarixi 44 günlük İkinci Vətən Müharibəsindən sonra-Şəhid məclislərindən tanımağa başladım, tanıdım…
İlk tanışlıqdan, ilk ünsiyyətdən də aramızda bir səmimiyyət yarandı…
Və ötən 4 il-4 il yarım ərzində də bu tanışlıq, bu səmimiyyət Dostluğa və Qardaşlığa çevrildi…
Onu özümə Fəxr və Qürur hissilə Dostum və Qardaşım bilirəm…
Əsl-güvəniləcək, etibar ediləcək Dost və Qardaşdır…
Və bu, hər sənətçiyə, hər Sənət adamına məxsus olan keyfiyyət deyil…
37 ildir jurnalistikadayam və bu illər ərzində saysız-hesabsız məşhur Sənətçilərlə, Sənət adamları ilə, Sənətkarlarla bir araya gəldim, bir araya gəlmişəm…
Çoxsaylı müsahibələr, açıqlamalar almışam…
Amma və lakin…
Çox təəssülər və əfsuslar olsun ki, onların arasında Sənəti ilə Şəxsiyyətinin, Şəxsiyyəti ilə Sənətinin üst-üstə düşəninə çox az rast gəlmişəm…
O da məhz həmin azlardan biridir…










Şəxsiyyəti ilə Sənəti, Sənəti, Sənətkarlığı ilə Şəxsiyyəti üst-üstə düşən, bir-birini tamamlayan az sayda Sənət adamlarındadır…
O, hər kəsin sevimlisi olan, ötən 5 ilə yaxın müddət ərzində Şəhid ailələrinin və Qazilərin…doğmasına, əzizinə…çevirilən müğənni və bəstəkar Ruslan Səfəroğludur…
Onu sevməyən çox az adam, insan tapılar…
O, öz Sətəni, Sənətkarlığı, Şəxsiyyəti, İnsaniyyəti ilə hər kəsin qəlbində silinməz izlər buraxıb, taxt ucaldıb…
Və cəmi iki gün öncə, 15 may 2025-ci il tarixində bu dəyərli İnsanın doğum günü idi…
Və O elə bir İnsan, Şəxsiyyətdir ki, doğum günü tək bir günə sığmır, hər gün Onun doğum günüdür…
Bu Haqqı da özü qazanıb…
Doğum günü, yeni yaşı mübarək, düşərli və huzurlu olsun!
Yeni yaşı özünə də, ailəsinə də, sevdiklərinə də xeyir-bərəkət gətirsin!
Allah Onu bizlərə-doğma Azərbaycanımıza çox görməsin!
Milyon kərə Amin!
Böyük sayğılarla,
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri