“Sənətimdən yazmırsınızsa, məndən heç nə yazmayın…” – MƏLEYKƏ ƏSƏDOVA QƏZƏBLƏNDİ

Yazırsınızsa, mənim sənətimdən yazın.

Etikxeber.az xəbər verir ki, bunu bir az öncə tanınmış aktrisa, Xalq artisti Məleykə Əsədova ATV-də deyib.

O, media mənsublarına üz tutaraq, çağırış edib:

“Xahiş edirəm, yazırsınızsa, mənim sənətimdən yazın. Sənətimdən yazmırsınızsa, məndən heç nə yazmayın. Mənə sənətimdən başqa yazılan heç nə lazım deyil. Şəxsi həyatım mənim həyatımdır, kimsəyə aidiyyatı yoxdur…”.

O, eyni zamanda, həyatda hər bir uğuruna özünün zəhməti ilə nail olduğunu sözlərinə əlavə edib:

“Evimi də öz halal zəhmətimlə almışam, maşınımı da öz halal qazancımla əldə etmişəm…Şəxsi problemlərimi heç yerdə deməmişəm, şou yaratmamışam…”.

Etikxeber.az


Read Previous

AZƏRBAYCANA YENİ STATUS TƏKLİF OLUNUR – Politoloqun iddiası

Read Next

“Öz siyasi karyerasını başqa dindən, irqdən olnaları aşağılamaq üzərində quranlar…” – SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir