Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İstanbul!
Səndə nələr tapdım, nələri itirdim…
Mənə Bakımdan sonra doğma olan, əziz olan şəhər…
Sənə hər gəldiyimdə sevincim aşıb-daşdı… Sənə aşiq oldum, səni sevdim, səndə sevildim… Xəyallarımın şəhəri… Taleyimin dönüş nöqtəsi…
Övladımın ata ocağı şəhər… Sənə ilk gəldiyimdə 21 yaşımda idim. Sən də, dünya da mənim üçün bəmbəyaz idiniz… Arzularım kimi bəmbəyaz… Adın gələndə ürəyim çırpınardı… Bakımdan sonra yaşaya biləcəyim, qala biləcəyim tək məkandın sən!.. …O zamandan çox illər keçib…
Sən elə həmin İstanbulsan! Doğma, əziz, isti, mehriban! Heç dəyişməmisən. Amma mən ilk dəfədir sənə ürkək ürkək gəlmişəm, sənə kövrək kövrək baxıram…
Addımladığım hər küçən, keçdiyim hər döngən, gəzdiyim hər qarışın, toxunduğum hər daşın xatirələrlə dolub, daşır… İçimdə boynu bükük bir acı var… Bu gəlişimdə gözəlim İstanbulda bir cüt göz heç gözümün önündən çəkilmir…

Elə hey, mən buradayam, səni görürəm, yanındayam, deyir… Kaş ki, o gözlərin sahibinin dilədiyi kimi olsaydı hər şey… Kaş ki, kaş ki, kaş ki…
Həyatımızdaki bu kaşkilər təəssüflərə bələnib. Nə yazıq ki, çox vaxt bu təəssüfləri yolumuzun üstündən silib atmağa, bu yolu – Ömür Yolunu – təmir etməyə macal tapmadan mənzil başına çatırıq…
Bu dəfə səndən ayrılmağa tələsirəm, İstanbul! Üzürlü say!
Zənn etmə ki, yaddaşım məni yadlaşdırıb… Yox! Əsla! Tam əksinə… Yaddaşım məni incidir…
Yaddaşımdakılar çox canlıdır, safdır, məsumdir…
Onları özümlə aparmağa tələsirəm…
Əbədiyyətə qədər qorumaq üçün!…
Jalə ƏLİYEVA,
Millət vəkili
Etikxeber.az





