“Sən “FETÖ” ağzıyla danışırsan” – ƏRDOĞANDAN FRANSALI JURNALİSTƏ SƏRT CAVAB – FOTOLAR – YENİLƏNİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfəri zamanı iki ölkə rəhbərinin birgə mətbuat konfransında soyuq ruzgarlar əsib, gərgin anlar yaşanıb.

Etikxeber.az xəbər verir ki, buna səbəb bir fransız jurnalistin  Ərdoğana “Türkiyə Suriyaya TIR-larla silah göndərdi” deməsi olub.

***

Bu ifadə üzərinə Ərdoğan “Sualınızı anlamadım? Suriyaya kim silah göndərdi?” deyərkən,  “Maşınlar, TIR-lar-MİT servisinin  maşınları tapılmış. 2014-cü ilin yanvar ayında sərhədddə tapılmış, içində silah tapılmış” cavabını alıb.

macron-erdon

Bunun üzərinə Ərdoğan fransalı qəzetçiyə “Sən “FETÖ” ağzıyla danışırsan”- deyib.

Fransız jurnalist də “Qəzetçi ağzıyla danışıram” deyərkən, Ərdoğan “Çünkü o operasyonu həyata keçirənlər “FETÖ”-nün müstəntiqləriydi. Bu anda da həbsdədilər. Baxın, milli təhlükəsizlik təşkilatlarının bu cür operasyonlara yönəlik,  maşınlarla silah daşımağa yönəlik yetkiləri, iznləri var.

erdogan-macron

Sən məndən bu sualı  belə soruşrsun da, Amerikanın 4 min TIR Suriyaya  gətirdiyi silahları niyə soruşmursan? Qazetəçisin ya, bunları da araşdırsaydın, niyə bunların üzərinə getmirsən? Bunları yazın.

Sorularınızı sorarkən bu nöqtə də həssas olur. Və bir başqasının ağzıyla danışmayın. Və bunları da rahat-rahat  qarşınızda udacaq birisi yox, bilmənizi istərdim. “FETÖ” ağzıyla danışmamağı da lütfən öyrənin”– cavabını verib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İtkin düşmüş alpinistlərin axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində aparılır – FOTOLAR

Read Next

“Nuh Peyğəmbər oğluyla cib telefonu ilə danışdı…” – TÜRKİYƏLİ ALİMDƏN “ŞOK İDDİA”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir