“Sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib…” – MİKAYIL CABBAROV _ FOTO

Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub.

Etikxeber.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O, qeyd edib ki, bu baxımdan digər sənaye zonalarında da fəaliyyətin səmərəsinin artırılmasına nail olunması vacibdir:

“İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Qeyd etməliyəm ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmə geri qaytarılan vəsaitlər hesabına təmin edilir. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib…”.

Etikxeber.az

Read Previous

“Ziyad Səmədzadə nəinki Çinəcən getdi, həm də…” – AZƏRBAYCANIN ƏN UZUNMÜDDƏTLİ “RAYKOM” KATİBİ SADIQ MURTUZAYEV SEÇİCİLƏRƏ SƏSLƏNDİ – FOTOLAR

Read Next

“Şəhər nəqliyyatı bərbad vəziyyətdədir…” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir