Səndən bezdik, usandıq – ÜNALDAN KILICDAROĞLUNA

“CXP-nin, onun lideri Kamal Kılıcdaroğlunun hərəkətlərindən, danışıqlarından, davranışlarından da artıq bezmişik, iyrənmişik”.

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili, AKP sözçüsü Mahir Ünal bildirib.

O, qeyd edib ki, artıq AKP lideri, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kılıcdaroğluna qarşı onun şərəf və ləlayətini təhqir etməsinə görə, 500 min TL-lik təzminat davasının açılması ilə bağlı məhkəməyə müraciət edib.

unal

“Hər şeyin, səbrin də bir həddi var. Biz artıq Kılıcdaroğludan, CXP-dən bezmişik, iyrənmişik. Türkiyə belə bir müxalifət, müxalifət liderini haqq etmir. Kılıcdaroğlu kürsüyə çıxan kimi ağzına gələni danışır, son dərəcə də rahat, heç nə olmamış, sanki dərman içmiş bir ruh halıyla, gülə-gülə hər cür  ağır həqarətləri, nə qədər çirkin ifadələr varsa, hamısını ünvanımıza, iqtidara, Ərdoğana qarşı yağdırır. Bu azmış kimi sənətçilərə də həqarət edir, işinə yaramadığı zaman hüquqa, qanunlara da  həqarət edir. Özünü hər cür qanunsuzluğu etmə haqqına sahib bir insan kimi aparır. Bu qədər də rahatlıq, bu qədər də qanunsuzluq, bu qədər də özbaşınalıq olmaz. Biz artıq bu adamdan da, onun hərəkətlərindən də bezdik, usandıq”-deyə, Ünal sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Aprelin 10-u “sükut günü”dür

Read Next

Xokkeyçilərin avtobusunun qəzaya uğraması nəticəsində 14 nəfər öldü – KANADADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir