Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əziz bacım, dəyərli bacım, gözəl bacım, əziz qardaşım, dəyərli qardaşım, gözəl insan!
Bu sözləri tez-tez işlədirdin…
Tanıdığın insanları, istər qadın olsun, istər kişi, qəlbinin səsiylə, ancaq sənə məxsus bir nəvazişlə tələffüz etdiyin kəlmələrlə mükafatlandırırdın sanki…
Elə bil onlara səsinlə, sözünlə təskinlik vermək, qəlbindəki yerlərini nişan vermək istəyirdin…İndi bəs biz nə edək? İçimizdəki qüssəni, üzüntünü, çaşqınlığı, təəssüfü necə ifadə edək, sənə necə çatdıraq?
Heç nə deyə bilmirəm, heç nə yaza bilmirəm… Sonsuz kədər içindəyəm… Vətəndən 1000 kilometrlərlə uzaq məsafədə aldığım bu acı xəbər beynimi, düşüncələrimi alt-üst edib…
Möcüzə olacaq və həmişəki iradənlə, əzminlə xəstəliyinə qalib gələcəksən fikrinə özüm özümü inandıraraq ümidlə ayrılmışdım üç gün öncə Bakıdan. İndi səninlə son görüşə çatmaq üçün yollar axtarıram…
Geri döndüyümdə Tehran Anaya nə deyəcəyəm, Kəmalə bacımıza, Təranə bacımıza necə təsəlli verəcəyəm, Hüseyn qardaşımıza, Aslan qardaşımıza necə möhkəm olun deyəcəyəm? Dağdan ağır Qəzənfər müəllimə necə səbir diləyəcəyəm?
Hamımızı suallarla başbaşa qoymusan. Niyə belə tez? Nədən tələsdin? Bu qədərmi yorulmuşdun?
Saysız hesabsız suallarımın heç birinə cavab tapa bilmirəm.
Amma cavabını qəti əminliklə bildiyim bir sual var:
Səndən bir də olacaqmı?-Yox!!!
Nur içində yat, əziz Bacım, dəyərli Bacım, gözəl İnsan-Qənirə!
Jalə ƏLİYEVA,
Millət vəkili
Etikxeber.az





