Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidi Daşqın Şəfiyevin doğum günüdür
22 avqust 2026-cı il tarixində həm Kəlbəcərli, həm də Samuxlu Daşqın Hidayət oğlu Şəfiyevin 37 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Daşqın Şəfiyev isə 1989-cu ilin avqust ayının 22-də sadə bir ailədə dünyaya gəlib.
Əslən Kəlbəcərli və məcburi köçkün olan Daşqın Şəfiyev ailəsi ilə birlikdə Samuxun Seyidlər kəndində yaşayıb.
Ailədə dörd uşaq-üç qardaş, bir bacı olublar.
Qardaşları və tək bacısı hazırda ailəlidir.
İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə könüllü qoşulub.
Döyüş yolu cəmi 10 gün, oktyabrın 25-dən noyabrın 4-dək davam edib.
Axırıncı dəfə də elə həmin gün, noyabrın 4-də ailəsi ilə danışıb.
İkinci Vətən Müharibəsi zamanı bir sıra döyüş bölgələrində olub və noyabr ayının 4-də, müharibənin başa çatmasına cəmi 6 gün qalmış Laçın istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi ayın 5-də yaşadığı evə gətirilib, noyabrın 6-da isə Seyidlər kənd qəbiristanlığında dəfn olunub.
Daşqın həm də Seyidlərin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra bir neçə medalla və ordenlə təltif olunub.
O, eyni zamanda, subay olub.
14:34
***
FOTOLAR:
Bu gün səhər saatlarında Cənnətdəki altıncı doğum günü ilə bağlı Şəhidin Seyidlər kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə, doğmalarına, valideynlərinə-anası Gülnaz xanıma və atası Hidayət Şəfiyevə Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki altıncı doğum günü, 37 yaşı təbrik olunub.
Anası Gülnaz xanımın göz yaşları içində dediklərindən:
“Səninlə, qardaşlarınla çox fəxr edirdim…Sizinlə çox xoşbəxt idim…Sən getdin, dünyam qaraldı, hər şey alt-üst oldu…İndi heç nə ilə ovuna, bir yerdə dayana, rahatlıq tapa bilmirəm…Sənsiz çox çətin oldu, Sənsiz çox çətindir…Sənsiz çox darıxıram, çox…”
Şəhidin məzarını təxminən 30 dəqiqəlik ziyarətdən sonra ailəsinin Seyidlər kəndində yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
Adına, doğum gününə həsr olunmuş tort kəsilib.
Xatirə fotoları çəkdirilib.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!










15:30
***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





