Sərhədlərin müəyyən olunmamış hissələrinə dair işçi qrupun görüşü keçirildi – XİN AÇIQLAMA YAYDI

Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib. 

Xarici İşlər Nazirliyindən (XİN)  Etikxeber.az-a verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini bildiriblər.

Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırılıb.

19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

Etikxeber.az

 

Read Previous

Deputat təkzib etdi – 3 RƏSMİ QURUM İSƏ ONU YALANLADI, OĞLUNA VƏ QOHUMLARINA CİNAYƏT İŞİ AÇDI

Read Next

Xorvatiya yığması Azərbaycan millisi ilə oyuna – BU HEYƏTLƏ ÇIXACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir