Sərnişindaşıma xidməti ilə məşğul olan sahibkarlar barədə ciddi cəzalar olsun – TƏKLİF

Bakıda şütüyən avtobuslar ciddi problemlər yaradırlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin növbəti plenar iclasında çıxışı zamanı deyib.

O, bir neçə gün öncə Bakıda baş vermiş ağır qəza hadisəsini, orada onlarla insanın yaralandığını, iki nəfərin öldüyünü xatırladıb və bildirib ki, bu, hər kəsdə böyük həyəcan, narahatlıq doğurub:

avtobus-qeza

“Biz dəfələrlə bu məsələni burada qaldırmışıq. Çünki avtoqəzaların sayı bitib-tükənmək bilmir. Paytaxtda şütüyən avtobuslar artıq ciddi problemlər yaradırlar. Bu məsələdə, baş verən qəzalarda daha çox sürücülər günahlandırılır, bu, lazımdır, amma onlara icazəni verənlər cəzadan kənarda qalırlar. Onlar haqqında heç bir cəza tədbiri görmür. Hansı ki, daha çox onlar bu məsələdə məsuliyyət daşıyırlar. Odur ki, sərnişindaşıma xidməti ilə məşğul olan MMC-lərin rəhbərləri, sahibkarlar barədə ciddi cəzalar müəyyən olunmalıdır. Çox istərdim ki, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə ciddi dəyişikliklər edilsin. Bunlar olmasa, hələ çox ciddi təhlükələrlə üz-üzə qalacağıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İnsanları mitinqlərə çağıranların övladları, görəsən, müharibə olsa, gedəcəklərmi?… – DEPUTAT

Read Next

Qəbiristanlıqlarla bağlı yeni Əsasnamə olacaq – SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir