Sərnişinlərin narahatlığına səbəb olan şəxs 15 gün müddətinə həbs edildi… – FOTO

Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsünün və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, bu, N.Ağayev tərəfindən törədilən ilk hadisə deyil.

O, avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib.

Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən o, dispetçerin müraciəti əsasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.

Lakin N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb.

O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən polislər tərəfindən saxlanılıb.

Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibati həbs olunanların saxlama məntəqəsinə göndərilib.

Etikxeber.az

Read Previous

Əliyev Qanini təbrik etdi

Read Next

Əliyev Ərdoğanı təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir