Şərqşünaslıq İnstitutunda Ziya Bünyadovun barelyefinin açılışı oldu… – FOTOLAR

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib.

Etikxeber.az  xəbər verir ki, mərasimdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.

Əvvəlcə Şərqşünaslıq İnstitutunda görkəmli alim, akademik Ziya Bünyadovun barelyefinin açılışı olub.

Sonra tədbir iştirakçıları görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş stendlə tanış olublar. İştirakçılar, həmçinin Şərqşünaslıq İnstitutunun elmi nailiyyətlərinə həsr olunmuş sərgiyə baxıblar.

ziya-2

Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu elm ocağının fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən bəhs edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Şərqşünasliq İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib.

Sonra Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “60 illik şərəfli yol” mövzusunda məruzəsi dinlənilib.

ziya-1

Alim rəhbərlik etdiyi müəssisəsinin yaranma tarixi, inkişaf mərhələləri, elmi istiqamətləri və əldə olunan mühüm nəticələr barədə ətraflı məlumat verib.

Bildirib ki, institutda müasir Qərb sivilizasiyasına tarixi təkamül prosesində çoxəsrlik Şərq mədəniyyətinin təsiri, Qərbin sürətli iqtisadi-texniki və mədəni tərəqqi təcrübəsinin Şərq ölkələrində məqsədyönlü şəkildə tətbiqi imkanları, qloballaşma şəraitində Şərq-Qərb münasibətlərinin ziddiyyətli məqamları, onların mahiyyəti və aradan qaldırılma yolları araşdırılır.

Diqqətə çatdırılıb ki, institut alimləri Şərqlə Qərbin qovuşduğu bir məkanda yerləşən ölkəmiz üçün müstəqillik şəraitində Qərb mədəniyyətinə yiyələnməklə milli mədəniyyətin fundamental dəyərlərini və mütərəqqi cəhətlərini qoruyub saxlamaq yollarını öyrənirlər. Əməkdaşlar, həmçinin ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparır, Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə, ictimai-fəlsəfi fikrinə dair ərəb və fars dilində olan qaynaqların tapılıb araşdırılması üçün səmərəli fəaliyyət göstərirlər.

G.Baxşəliyeva yubileyi ərəfəsində Şərqşünaslıq İnstitutunun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışdığını və milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını qeyd edib,

Tədbirdə bu elm ocağının fəaliyyət göstərdiyi müddətdə Şərq ölkələrinin dili, tarixi, dini-fəlsəfi irsinin tədqiqi, mədəniyyəti, sosial-ictimai durumu ilə bağlı araşdırmalardan, əldə olunan uğurlardan danışılıb.

Həmçinin institutda çalışmış görkəmli şərqşünas alimlərin həyat yolu, onların yaradıcılığı barədə məlumat verilib.

Etikxeber.az

Read Previous

Heydər Əliyev kimi tarixi şəxsiyyətlər unudulmur – MİLLƏT VƏKİLİ YAZDI

Read Next

46 mənzilin və 3 obyektin icazəsiz sökülməsi ilə əlaqədar cinayət işi başlandı – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir