Sərtləşdirilmiş xüsusi karantin rejimi daha-2 HƏFTƏ UZADILA BİLƏR… – YENİLƏNİB – (3)

Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hər kəs koronavirus müharibəsində qələbəyə öz töhfəsini verməlidir:

“5 iyula qədər Azərbaycanın bəzi yerlərində xüsusi karantin rejimi uzadılıb. Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”.

***

“Avropa ölkələrindən birinin nümayəndəsi dedi ki, Azərbaycanda həyata keçirilən tədbirlərin heç 20 faizi onların ölkəsində həyata keçirilməyib. Ancaq həmin ölkədə yoluxmaların səviyyəsi Azərbaycandan azdır”-deyən Azərbaycan Prezidentinin köməkçisi sonra qeyd edib ki, buna əsas səbəb maska və sosial məsafə tələblərinə riayət olunmamasıdır.

***

“Koronavirusu simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müşahidə və müalicəsi ilkin səhiyyə xidməti, yəni poliklinikaların üzərinə qoyulur”.

Bunu da mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri qeyd edib ki, ilkin səhiyyə xidməti yükün bir qismini üzərinə götürəndən sonra xəstəxanaların işinin daha səmərəli olacağı gözlənilir:

“Bir çox vətəndaşlarımız koronavirusa yoluxanda bunu gizlədirlər. Koronavirus elə bir infeksiyadır ki, xəstənin vəziyyəti qısa zamanda dəyişə bilər. Bu xəstəliyin ağırlaşmalarını görmək istəmiriksə, poliklinikalara tez müraciət etməliyik”.

***

“Karantin rejimi öz nəticəsini verir”.

Bunu isə mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, yoluxmaların sayı stabilləşib:

“Yoluxmaların ikiqat artması gözlənilə bilərdi, bu, baş vermir. Karantin rejimi imkan verir ki, xəstəxanalarda xəstələrə xidmət göstərə bilək ”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da iş başındadır:

“Bu gün Türkiyədənq dəvət etdiyimiz yeni həkim qrupu Bakıdadır. Onlar koronavirusla mübarizədə dəstək üçün dəvət olunublar”.

***

“Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”.

Bunu da öz növbəsində H. Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar: “Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur:

“Dövlətin karantin rejimi tətbiq etməkdə məqsəd vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq”.

Etikxeber.az

Read Previous

“BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Bunu həmsədrlər ya anlamaq istəmirlər, ya da…”-ELXAN ŞAHİNOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir