Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son dövrlər mürəkkəb və həssas hətta gərgin bir geosiyasi situasiyada Azərbaycanın regionda mövcud diqtəedici mövqeyinin bu qədər güclənməsi hər birimizi sevinirir. Lakin, görünən odur ki, Azərbaycanın yaratdığı yeni reallıq artıq bəzilərini narahat etməyə başlayıb. Hətta bəziləri bir az da irəli gedərək şəxsi və ailə həyatının ictimailəşməsini siyasi alverə çevirir.
Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bəli, şəxsi həyat toxunulmazdır və müzakirə mövzusu olmamalıdır. Bu mənada son dövrlər yayılan məlum video və audio yazıları əlbəttə cəmiyyəti narahat edir. Lakin daha böyük narahatlıq bu informasiyaların yayılmasında heç bir sübut və heç bir əsas olmadan dövləti, hakimiyyət orqanlarını günahlandırılmasıdır.
“Xüsusən psevdo mütəxəsislərin bu istiqamətdə dövlətin üzərinə öhdəliklər qoymaq cəhdi sadəcə gülüncdür. Bəli, Konstitusiya ilə hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Lakin İKT-nin hazırkı inkişaf səviyyəsində bu kimi proseslərin qarşısını tam şəkildə almağa heç bir dövlət qadir deyil. Azərbaycan dövləti o zaman məsuliyyət daşıya bilər ki, proseslərlə bağlı müraciət edildikdə hərəkətsizlik göstərsin. Bizdə aidiyyatı hüquq mühafizə orqanları prosesə dərhal reaksiya verib, hər bir məsələ üzrə adekvat araşdırmalara başlayıb. İndi sakitcə araşdırmanın nəticələrini gözləməkdənsə həmin videogörüntüləri daimi gündəmdə saxlamaq, elə bu yazıların yayılmasından siyasi divident qazanmağa çalışmaq heç bir əxlaqa sığmır. Mən çox istəyirəm, əks arqumeni müdafiə edənlər özlərinə bir sual versin, dövlətin bu kimi addımlarda nə marağı ola bilər? Əgər bunu çirkin siyasi rəqabət kimi qələmə vermək istəyirlərsə ağılsızlıqdır. Onlar rəqib deyil. Sosial şəbəkədə eyni İP ünvanla saxta profillər açıb süni kontingent yaratmaq hələ iqtidar olmaq üçün sosial bazaya malik olmaq deyil. 30 illik İşğala son qoymuş, Vətən Müharibəsinin müzəffər komandanı İlham Əliyevin arxasında xalq dayanır. Hansı rəqabətdən söhbət gedə bilər?
Biz bu məsələlərə qarayaxmadır deyib keçməməliyik, bu cidd məsələdir. Xeyli xarici media orqanları var ki, Azərbaycana yönələn istənilən böhtanı məmnuniyyətlə yayımlayır. Elə həmin media qurumları ilə eyni mənbədən qidalanan İnsan hüquq müdafiə təşkilatları isə real araşdırma aparmadan qəsdən bu qərəzli yazılara istinad edir. Elə bu günlərdə biz HRW və Avropa Parlamentinin misalında bunu gördük. Bəli bunlar ərəzdir, qarayaxmadır, amma bu hesabatlar tarixdə alır, sonra bu hesabatlara istinad olunur, Bu mənada aidiyyəti strukturlar aktiv olmalıdır ki, meydan diletantlara qalmasın. Bunların təbliğatına baxanda insan dəhşətə gəlir, sanki, düşmən haqqında qara piar aparırlar. Unutmaq olmaz ki, müharibə bitsə də qlobal miqyasda informasiya savaşı davam edir. Aidiyyatı orqanlar maksimum hüquqi tədbirlər görməlidir ki, xəyanətkar ünsirlər hesabına biz informasiya müharibəsində zəif düşməyək”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az
.