“Səbail” Qazaxıstan və Macarıstan komandaları ilə qarşılaşacaq

Birinci divizion təmsilçisi “Səbail” futbol klubunun qış təlim-məşq toplanışı davam edir.

Etikxeber.az xəbər verir ki, Bakıda hazırlıq keçən komanda yanvarın 10-da MOİK, iki gün sonra isə “Neftçi”nin əvəzedici heyəti ilə yoxlama oyununda meydana çıxacaq.

Hazırlıq prosesinin ikinci hissəsinə yanvarın 14-də Antalyada başlayacaq Bakı təmsilçisi üç yoxlama oyununda gücünü sınayacaq. “Səbail” komandası yanvarın 19-da Qazaxıstanın “Kiran”, bir həftə sonra isə Macarıstanın “Seqed” klubları ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək yoxlama oyunundakı rəqib isə hələ müəyyənləşməyib.

Etikxeber.az

Read Previous

Xalq artisti və Əməkdar artist Sidneydə konsert proqramı ilə çıxış edəcək

Read Next

Nokia telefonları da Android platformasında buraxılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir