“Sədərək” Ticarət Mərkəzində-YANĞIN – FOTOLAR- YENİLƏNİB – (3)

“Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

Etikxeber.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. 

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

***

Hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

***

“Sədərək Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb. 

FHN-dən  verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

***

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə  FHN-dən bildirilib. 

Hazırda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

“Yanğın haqqında məlumat səhər saat 07:39-da daxil olub”.

Bu sözləri Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov bildirib.

O? deyib ki, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub:

“İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır”.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır-BU GÜN

Read Next

Övladlığagötürmə ilə bağlı qaydalar-DƏYİŞDİRİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir