Səfir “Əl-Cəzirə”-yə niyə getmişdi? – Foto

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov dünyanın aparıcı informasiya qurumlarından biri olan “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq ilə görüşüb.

Azərbaycanın Qətərdəki səfirliyindən Etikxeber.az-a bildirilib ki, görüş zamanı media və informasiya mübadiləsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

“Əl-Cəzirə”nin baş direktoru M.Savvaq bu cür görüşlərin sözügedən sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib.

Görüşdə Rəşad İsmayılov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətini məlumatlandırıb və Ermənistanın təcavüzkar siyasətindən danışıb.

Səfir Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyət, o cümlədən ölkəmizin mədəni-dini abidələrinə vurulan zərərdən ətraflı söz açıb.

O, həmçinin Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar barədə həmsöhbətinə məlumat verib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Etikxeber.az

Read Previous

“Bu kimi məmurun ən yüngül cəzası işindən it kimi qovulmasıdır: Özünün də, telefonla danışdığı komandirinin də”-DEPUTAT BƏRK QƏZƏBLƏNDİ VƏ…-FOTO

Read Next

Dünya Kubokunun qalibinə yönələn qısqanclığın kökündə-NƏLƏR DAYANIR(DI)?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir