Səfir geri çağırılması məsələsindən, referendumdan, hərbi əməkdaşlıqdan danışdı…

 

ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı mövcuddur. 

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın Azərbaycan və Ermənistana müdafiə məqsədi ilə cüzi silah satması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O, həmsədrin açıqlaması ilə tanış olmadığını bildirib: “Onu deyə bilərəm ki, bizim hərbi əməkdaşlığımız Azərbaycan Silahlı Qüvvələrini NATO qüvvələrinə uyğunlaşdırmaqdan ibarətdir”.

Səfir ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini bildirib. R.Sekuta bildirib ki, buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir: “Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir”.

Səfir, həmçinin, özünün geri çağırılması ilə bağlı fikirləri “absurd” adlandırıb.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan bir sıra məsələlər üzrə uzun müddətdir ki işləyir və hazırda da işləməkdədirlər: “11 sentyabr hadisələrindən sonra Azərbaycan sülhyaratma əməliyyatlarında bizimlə işləyir. Azərbaycan hərbçiləri Əfqanıstanda çiyin-çiyinə ABŞ döyüşçüləri ilə işləyir. Biz Azərbaycanın terrorizmə qarşı səylərini, tolerantlıq dəyərlərini çox vacib hesab edirik. ABŞ bu fəaliyyətləri yüksək qiymətləndirir. Biz hazırda Avropanın enerji təhlükəsizliyi üçün vacib olan Cənub Qaz Dəhlizi üzərində çalışırıq. Biz Azərbaycanla güclü çiçəklənən inkişaf edən demokratik ölkə qurmaq istiqamətində işləməyə davam edirik. İki ölkənin keçmiş birgə fəaliyyətlərinə, indiki və gələcəkdəki əməkdaşlığına baxsaq o açıqlamaların nə dərəcədə yanlış olduğunu görərik”.

O, eyni zamanda, Konstitusiyaya dəyişiklik çox ciddi məsələdir, bu ölkənin ən vacib sənədidir.

Səfir bildirib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər: “Əsas məsələ açıq, sərbəst və məlumatlı şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, ABŞ da seçki ərəfəsindədir. Bununla bağlı mətbuatda müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşun əsas göstəricisi müxtəlif fikirlərin olduğu debatların təşkil olunmasıdır”.

Etikxeber.az

Read Previous

Hərbçilərimiz güləş üzrə 31-ci dünya çempionatında güclərini sınayacaq

Read Next

Aybəniz Haşımova Bakı Humanitar Kollecində işləməyə başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir