Şəhid anası Koronavirusla Mübarizəyə Dəstək Fonduna-PUL KÖÇÜRDÜ

Cəmiyyət məhz belə qəlbli insanlarımızın həmrəyliyi, mərdliyi ilə özünü göstərir. Bu çətin günlərdə daha bir örnək addımı sizə təqdim edirəm.Bərdə sakini şəhid anası Elza Kamal qızı Xəlilova ölkədə ilk olaraq özünün Prezident təqaüdünün bir aylıq məbləğini (300 manat) ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Etikxeber.az xəbər verir ki, bu haqda millət vəkili Zahid Orucun rəsmi “Facebook” səhifəsində qeyd olunub.

Daha sonra bunlar qeyd olunub:

“Qeyd edək ki, 1993-cü ilin iyul ayında Ağdam ətrafında gedən döyüşlərdə Elza Xəlilovanın həm həyat yoldaşı Vaqif Xəllov, həmdə böyük oğlu Natiq Xəilov qəhramancasına həlak olub.

Bununla yanaşı ictimaiyyətə müraciət edən Elza Xəlilova bildirib ki, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə dövlətin qətiyyətli addımlarını, təhlükəsizlik tədbirlərini əhalinin sağlamlığının qorunmasına Azərabycan Prezidentinin atdığı bütün addımları yüksək dəyələndirir, hər bir ölkə vətəndaşını xüsusəndə şəhid ailələrini, təqaüdçüləri bu aksiyaya qoşulmağa dəvət edir və tövsiyə edir ki, evdə qalmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, gigiyenik qaydalara, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etsinlər.

Var olun, Elza xanım!

#Azərbaycan#həmrəyolaq

Etikxeber.az

Read Previous

Deputat Milli Məclisdə canlı yayım edəcək-SABAH

Read Next

75 yaşlı Xalq artisti-“ƏMƏK” ORDENİ İLƏ TƏLTİF OLUNDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir