Şəhid Çingiz Qurbanovla vida mərasimi başa çatdı – FOTOLAR

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanov ilə fevralın 6-da vida mərasimi keçirilir.

Etikxeber.az xəbər verir ki, şəhid əsgərlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində başlayıb.

Mərasimdə bildirilib ki, 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib.

Müdafiə naziri Z. Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verilib.

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib.

Şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunacaq.

shehid-chingiz-qurbanovla-vida-merasimi-1

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub

Read Next

Kamerun Afrika Millətlər Kubokunun qalibi oldu – FOTO – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir