“Şəhid generalımızın özü yox idi, amma izi oradaydı, evindəydi…Özü yox idi, amma əmələri, ruhu orada-evində idi…”-JALƏ ƏLİYEVA – 7 MİLLƏT VƏKİLİ ŞƏHİD POLAD HƏŞİMOVUN AİLƏSİNİ ZİYARƏT ETDİ… – FOTOLAR

Bu gün 7 xanım millət vəkili-Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, komitə sədrinin müavini, professor Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova, Nigar Arpadarai Könül Nurullayeva, o cümlədən, Pərvin Kərimzadə Şəhid general Polad Həşimovun ikinci Fəxri Xiyabandakı qəbrinə-məzarına baş çəkiblər.

Etikxeber.az-a bu haqda millət vəkili Jalə Əliyeva məlumat verib.

Qeyd edib ki, sonra xanım parlamentarilər P. Həşimovun Sumqayıtdakı evinə-mənzilinə gediblər.

“Şəhidimizin gözüyaşlı anası-anamız Səmayə xanımla, həmçinin, bacısı ilə görüşdük. Onlara dərin hüznlə başsağlığı verdik. Ailə üzvlərinin bir qismi-həyat yoldaşı, övladları isə rayonda keçirilən yas-hüzn mərasiminə qatılmaq üçün Qəbələyə yola düşmüşdülər və bu səbəbdən də onlarla görüşə bilmədik…Tanıyanlar, qonşuları ordaydı. Çox üzücü, çox kədərli, çox ürək dağlayan bir mənzərə, situasiya idi…

O böyük generalımızın-Torpaq, Vətən uğrunda Şəhid olan Polad Həşimovun bir daha böyük ürəyinin şahidi olduq…İki gündür onun haqqında tanıyanların, dostlarının, hərbçi yoldaşlarının, silhadaşlarının danışdıqları xatirələrin, Onun şəxsiyyəti haqqında bildirdiklərinin bir daha şahidi olduq…Özü yox idi, amma izi oradaydı…Özü yox idi, amma əmələri, ruhu orada-evində idi…Və biz o böyük insanın nə qədər böyük bir ruha sahib olduğunu gördük…

Dünya malında gözü olmayan, necə deyim, general rütbəsinə qədər yüksəlməsinə baxmayaraq, sadə bir əsgər kimi, yaşayan, Vətən uğrunda canından keçən, Şəhid olan bir İnsan… Başın sağ olsun, Vətən…Deməyə başqa söz tapa bilmirik…Çox üzüntülüyük…Həddindən artıq çox kövrək məqamlardır (göz yaşlarını saxlaya bilmir)…

İnşallah, bütün Şəhidlərimizin qisası alınacaq, qanları yerdə qalmayacaq, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq və o zaman bu gün torpağa verdiyimiz generalımız kimi, digər zabitlərimiz, digər əsgərlərimiz kimi, bütün-cəmi Şəhidlərimizin ruhu şad olacaq… Və Azərbaycanın zəfər marşları Qarabağmızda səslənəcək…Buna ümidimiz və inamımız böyükdür”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi, uzunmüddətli atəş nöqtəsi darmadağın edilib, Naxçıvan istiqamətində də düşmənin hərbi nəqliyyat vasitəsi məhv olunub – VİDEO – MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (1) – VİDEO

Read Next

Daha 559 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir