Şəhid həyat yoldaşını dəfn edərkən silah yoldaşlarından telefonuna mesaj gəldi: MİTHATINI İNTİQAMINI ALDIQ -FOTO

“Zeytun budağı” əməliyyatı zamanı  ağır yaralanmış hərbçi (piyada minbaşı-red) Mithat Dunca cəmi 3 gün sonra, Afrinin şəhər mərkəzi nəzarət alınan gün-martın 18-də dünyasını dəyişərək, şəhidlik zirvəsinə ucalıb.

Etikxeber.az-ın xəbərinə görə, M.Duncanın doğulduğu Əkşişəhərdə dəfn mərasimi zamanı isə çox duyğulu anlar yaşanıb.

Belə ki, həyat yoldaşını əbədiyyətə uğurlayan-yola salan şəhid xanımı Lütfiyə Duncanın mobil telefonuna M. Duncanın Afrindəki hərbçi dostları-silah yoldaşları tərəfindən video-mesaj gəlib.

DUNCA

Mesajda qeyd olunur:

“Bu zəfər (Afrinin mərkəzinin nəzarət altına alınması nəzərdə tutulur-red)  başda Çanaqqala şəhidləri olmaqla, “Zeytun budağı”nda şəhid düşmüş 46 personalımıza və ASO-dan şəhid düşmüş personalımıza,  o cümlədən, Şükrü Ünlü uzman çavuşumuza, Mithat Dunca minbaşıya ərməğan olsun. Mithat Duncanın xanımı Lütfiyə xanım, qardaşları Mustafa və Mətin bəy:  Mithatın intiqamı yerdə qalmadı, intiqamını aldıq. Lütfiyə xanım siz  artıq  rahat olun, burada 200 qardaşınız var, saygılar”.

L. Dunca isə “sağ olsunlar, hamısı ilə qürür duyuruq”-deyə, bildirib.

“Həyat yoldaşımın  intiqamını çox şükür almışlar. O da orada rahat uyuyacaq. Bizim də içimiz soyuyacaq. Sağ olsunlar”-deyə, sözlərinə əlavə edib.

Qeyd edək ki, şəhid minbaşının Zeynəb Naz Dunca adlı 13 yaşlı qızı var.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

9-cu dəfə genəl başqan seçilən BAXÇALI – FOTO

Read Next

BİR MİLLƏT, BİR ORDU – Zahid Oruc yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir