Nəşi 1 il 7 gündən sonra tapılan Şəhid İxtiyar Əliyev-BU GÜN GORANBOYUN GORANLI KƏNDİNDƏ DƏFN OLUNDU – YENİLƏNİB – (1)

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunun Goranlı kəndində dəfn olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi.

Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı.

Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

19:31

***

Baş Prokurorluq itkin düşən daha bir hərbi qulluqçunun meyitinin tapılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, itkin düşmüş daha bir hərbi qulluqçunun –gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

21:31, 13 oktyabr

***

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunda dəfn olunub.

Səhid Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon İcra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

“Azərbaycan işğala təcavüzə məruz qalan toplumlar üçün ümid yerinə, terror meyillərindən və separatizmdən əziyyət çəkən dövlətlər üçün presedent ünvanı hesab olunmağa başlayıb”-MİLLƏT VƏKİLİ

Read Next

4 medallı Şəhid-MURAD QURBANOVUN MƏZARININ ZİYARƏTİ, XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI VƏ ANIM MƏRASİMİ-FOTOSESSİYA – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir