Şəhid olmasaydı, toyu olacaqdı…AİLƏNİN ÜÇ ÖVLADINDAN, ƏKİZ QARDAŞLARDAN BİRİ-ŞƏHİD ƏLİ AYDIN OĞLU TAĞIYEV… – FOTOLAR – YENİLƏNİB

Bu gün-axşam saatlarında daha bir İkinci Vətən Müharibəsi Şəhidinin ailəsində oldum…

Daha bir İkinci Qarabağ Savaşı Şəhidinin ocağını ziyarət etdim…

Bakının (həm də İmişlinin) Səbail rayonunun “20-ci sahə” Şəhidlərindən olan Əli Aydın oğlu Tağıyevin ailə üzvləri, valideynləri, doğmaları ilə bir araya gəldim…

Şəhidin ailəsini ziyarətdə mənimlə birgə Səbail rayonunun digər İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək övladı Yusif Budaqovun tək-tənha yaşayan anası Lətafət xanım və tələbə yoldaşım, dəyərli həmkarım Ağanisə xanım da iştirak edirdi…

Və qeyd edim ki, bu, mənim Şəhidimizin ailəsini üçüncü ziyarətim idi…

Bir daha Şəhidimizin ailəsinə-valideynləri Təranə xanım və Aydın Tağıyevə, doğmlarına Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Eyni zamanda, Şəhidimizin ailəsini, doğmalarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdim…

Onlara can sağlığı, uzun ömür, bir daha qəm, kədər, acı yaşamamalarını arzuladım…

Şəhidimizin ailə üzvləri bir xeyli söhbətləşdim, dərdləşdim, bir daha onlarla birlikdə Əlinin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldım…

Qısa, Şərəfli, Qürurlu və Fəxrli bir həyat və döyüş yolu…

Və yarım qalan, cəmi 23 yaşında qırılan bir ömür yolu…

Sözlərin, kəlmələrin ifadə edə bilməyəcəyi anlar, məqamlar…

***

Onu da qeyd edim ki, 7 avqust 1997-ci il doğumlu olan Əli Tağıyev ailənin 3 övladından, əkiz qardaşlardan biri və nişanlı olub…

Müharibə və Şəhid olmasaydı, toyu olacaqdı…

Əli İkinci Vətən Müharibəsi zamanı könüllü olaraq, döyüşlərə atılıb…

Sentyabrın 29-dan Şəhidliyinə qədər Füzuli, Cəbrayılı  Hadrut istiqamətlərində döyüşüb…

Və Hadrut istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi oktyabrın 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub…

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

20:25

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 16 yeni-YOLUXMA…

Read Next

DYP-dən sürücülərə-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir