Şəhid qardaşlar-Tural və Musa Həsənovların məzarları ziyarət edildi, adlarını daşıyan “ŞƏHİDLƏR BULAĞI” VƏ XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB – (2)…

Bu gün, 25 sentyabr tarixində Mingəçevirdə Şəhid qardaşlar-Tural və Musa Həsənovların xatirə lövhəsi və adlarını daşıyan ikinci “Şəhidlər bulağı”nın açılış mərasimi olacaq.

Etikxeber.az xəbər verir ki, açılış mərasimdən öncə Şəhid qardaşların Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.

Saat 11:00-da başlayacaq ziyarət təxminən bir saat çəkəcək.

Ziyarətdə Şəhid qardaşların ailə üzvləri, yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, ilahiyyatçılar, şəhər sakinləri və digərləri iştirak edəcəklər.

Ziyarət zamanı Şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarında dualar oxunacaq.

Ziyarətdən sonra Şəhid qardaşların valideynlərinin yaşadığı “Günəşli” yaşayış məhəlləsində “Şəhidlər bulağı” və xatirə lövhəsinin açılışı mərasimi başlayacaq.

Mərasimdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, sonra çıxışlar ediləcək.

Daha sonra “Şəhidlər bulağı” və xatirə lövhəsinin üzərindən örpək götürülərək, açılış ediləcək.

Sonda Şəhidlərin adına ehsan süfrəsi açılacaq.

Ziyarət və açılış mərasimi təxminən 4 saat çəkəcək.

Məkanları cənnətlik olsun, Nur içində yatsınlar!

00:00

***

Şəhid qardaşların məzarlarının ziyarəti başlayıb və saat 11:00-dan 12-na kimi davam edib.

Ziyarətdə Şəhid qardaşların ailə üzvləri, yaxınları, Bakı, Bərdə, Goranboy, Mingəçevir, Şəmkir, Kürdəmir, Yevlax, Gəncə, Şəmkir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, şəhər sakinləri ziyarətə qatılıblar.

Ziyarətdən sonra, saat 12:10-da Şəhid qardaşların valideynlərinin yaşadığı “Günəşli” məhəlləsində “Şəhidlər bulağı” və xatirə lövhəsinin açılış mərasimi başlayıb.

12:10

***

Mərasim zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, sonra “Nur” Dəstək Qrupun üzvlərinin və məktəblilərin ifasında Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya təqdim edilib.

Mərasimdə Şəhid qardaşların valideynləri Tapdıq Nəhayət Həsənovlara söz verilib.

Onlar bir daha övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildirib, həmçinin, bu gün onları tək buraxmadıqları, dəstək olduqları üçün başda Şəhid ailələri başda olmaqla, bütün ziyarət və mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Sonra digər Şəhid qardaşlar-Əli İslam Əhmədovların anası Sevinc xanım, Elmar İbrahimovun anası Ümmü xanım və Əli Rzayevin anası Kəmalə xanım çıxış edib, Musa və Tural Həsənovların ailəsinə səbr diləyiblər.

Daha sonra “Şəhidlər bulağı” və xatirə lövhəsinin üzərindən ağ örpək qaldırılıb və açılış edilib.

Mərasim sonra çıxışlarla davam edib.

Şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım bugünlərdə Azərbaycanın dilbər guşəsi Şuşadan qayıtdığını və Şəhid ailələrinin Şuşaya səfəri zamanı hər bir Şəhidin adının, xatirəsinin bir daha yad edildiyini dilə gətirib.

Onun sözlərinə görə, Şuşada bir daha bütün Şəhidlərin əziz xatirəsi yad olunub, ruhlarına dualar edilib.

“Məhz bu oğulların, Şəhidlərimizin sayəsində Şuşamız başda olmaqla, bütün işğal altındakı yurd yerlərimiz işğaldan azad olunub. Məz onlar bizə Qalibiyyəti, Zəfəri, Qələbəni yaşatdılar, bəxş etdilər. Bu gün onların sayəsində ayaq üstündəyik, azad ölkədə yaşayırıq. Onların hər birinə minnətdar və borcluyuq”-deyə, o, əlavə edib.

Mərasimdə Şəhid qardaşlara həsr olunmuş mahnı ifa edilib.

Çıxışlardan sonra Şəhid qardaşların adına ehsan süfrəsi açılıb.

14:10

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Arzusu gerçəkləşdirilən, iş, yataq otağı muzeyə çevrilən Şəhidimiz…DAŞ DEYİL, CANLI, İSTİ NƏFƏSLİ, YAŞAYAN, YAŞAYACAQ, YAŞADACAQ MUZEY…-KAMİL HƏMZƏOĞLU YAZIR – FOTO-VİDEO

Read Next

27 sentyabr Anım günü ilə əlaqədar bir sıra marşrut avtobusların-HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir