Şəhid Rəşid Həmidovla bağlı-MƏRKƏZİ ZABİTLƏR EVİNDƏ TƏDBİR KEÇİRİLDİ – FOTOLAR

Bu gün Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində İkinci Vətən Müharibəsi Şəhidlərindən olan iki medallı Rəşid Həmidovla bağlı tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin anası Tənzilə xanım və Mərkəzi Zabitlər Evinin əməkdaşları, hərbçilər iştirak ediblər.

Tədbirdə Şəhidin keçdiyi döyüş yolundan bəhs edilib.

Qeyd edək ki, dünən, 19 sentyabr tarixində 22 yaşı tamam olanb Rəşid Həmidov 2020-ci ilin oktyabrın 6-dan 7-nə keçən gecə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Evin tək oğlu olan və anası Tənzilə xanımın himayəsində böyüyən Rəşid Həmidov doğulduğu Siyəzən rayonunda, şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Məkanı cənnətlik olsun!

Etikxeber.az

Read Previous

Yoluxma və ölüm sayında azalma-740 NƏFƏR VƏ 22 NƏFƏR…

Read Next

“Azərxalça”nın sabiq sədrinin 30 milyon manatlıq əmlakına-HƏBS QOYULDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir