“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün medal və ya ordenin olması mütləqdirmi, şərtdirmi? Bütün Şəhidlərin xatirəsi, adı əbədiləşdirilməlidir…”-ELMAN MƏMMƏDOV SƏRT ÇIXIŞ ETDİ

Şəhidlik ən yüksək zirvədir. Bundan yüksək zirvə yoxdur. O zaman Şəhid adlarının, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün medal və ya ordenin olması mütləqdirmi, şərtdirmi? Bu, düzgün deyil. Bütün Şəhidlərin xatirəsi, adı əbədiləşdirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov parlamentdə çıxışı zamanı deyib.

“Mən bəzi rayonların icra başçıları, məmurları ilə danışanda soruşuram ki,filan Şəhiddən xəbəriniz varmı, filan Şəhidin məzarını tanıyırsınızmı?…Çoxunun xəbəri yoxdur… Xüsusilə də, Birinci Qarabağ Savaşı Şəhidlərinin əksəriyyətinin məzarları çox baxımsız vəziyyətdir. Ümumiyyətlə, Şəhidlərimizin heç birinə fərq qoyulmamalıdır, burada ayrı-seçkilik olmamalıdır, Şəhid Şəhiddir. Nazirlər Kabinetinin 1994-cü ildəki qərarı da dəyişdirilməlidir”-deyə. o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Satınalma müqaviləsinə əsasən hesablanmış faizlərin ödənilməməsinə görə cərimə-MÜƏYYƏNLƏŞİR – DƏYİŞİKLİK

Read Next

“Ola bilsin ki, kənddə bir neçə şəhid olsun, o zaman şəhidin adını onun yaşadığı məhəlləyə və ya küçəyə rəsmi qaydada verilməklə, bir barilyef qoymaqla, onun xatirəsinin əbədiləşdirilməsi mümkündür…”-AZƏR BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir