Şəhid Zakir Cəfərov və Elvin Əhmədov dəfn olundular

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Cəfərov dəfn olunub.

shehid-herbchi-zakir-ceferov-defn-3

Etikxeber.az məlumat verir ki, şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.

Şəhidin nəşi məsciddən Keşlə qəbiristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

***

Elvin-shehid-Tovuz

Həmçinin,  şəhid  əsgər Elvin Süleyman oğlu Əhmədov Tovuz rayonunun Yanıqlı kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyəti və şəhidin doğmaları iştirak edib.

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşindən sonra şəhid alqış sədaları altında son mənzilə yola salınıb.

Qeyd edək ki, əsgər E.Əhmədov erməni hərbi birləşmələrinin cəbhə xəttində təxribat cəhdlərinin qarşısını alarkən yaralanıb. O,  hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Etikxeber.az

 

Read Previous

Qərargah: “Pirsaat daş silsiləsi” ərazisində kişi cəsədi tapılıb

Read Next

Mətbuat Şurası internet informasiya resurslarına müraciət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir