“Şəhidimiz Dəmirli Hüseyn, Novruzov Fərahim və Məmmədov Muradın valideynlərinə zəng edərək, onlara bir daha səbr dilədim…”-DEPUTAT

Azərbaycan hərb tarixinin müasir qəhrəmanlıq salnaməsi, Aprel döyüşlərinin başlanmasından 4 il ötür. Tam əminliklə demək olar ki, Aprel döyüşləri işğalçı Ermənistanın hərbi-siyasi iflasının başlanığıcı oldu. Aprel döyüşlərinin ildönümündə Ali baş komandanımız başda olmaqla, silahlı qüvvələrimizin bütün şəxsi heyətinə, xüsusən canını, qanını əsirgəməmiş hərbçilərimizə bir daha təşəkkür edir, şəhidlərimizi hörmətlə anır, ruhları qarşısında baş əyir, ailələrinə səbr diləyirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, Şəhidlərimizi unutmadıq, unutmarıq da!

“Nəzərimizə çatdırım ki, Biləsuvar oğulları da aprel döyüşlərində ləyaqətlə iştirak etmiş, əməliyyatların gedişində həlledici rol oynamışlar. Rayondan olan aprel şəhidlərinə Biləsuvarda möhtəşəm xatirə kompleksi ucaldılmışdır. Bir qədər öncə, deputat kimi şəhidimiz Dəmirli Hüseyn Zeynal oğlu, Novruzov Fərahim Adışirin oğlu, Məmmədov Murad Vaqif oğlunun valideynlərinə zəng edərək, onlara bir daha səbr dilədim. Habelə telefon edərək qazilərimiz Babək Əliyev, Nicat Ağazadə, Səfər Şiriyev və Aqil İmanovun qayğıları ilə maraqlandım, aprel döyüşlərində göstərdikləri rəşadətə görə hər birinə təşəkkür etdim!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Kəlbəcərin işğalı əslində həmin tarixdən bir il əvvəl Ağdaban faciəsi ilə başlamışdı…”-JALƏ ƏLİYEVA YAZDI

Read Next

Sahibə Qafarovadan radikal addım-MM-İN APARATINDA VƏ İŞLƏR İDARƏSİNDƏ İSLAHATLARA QƏRAR VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir