Şəhidimiz Qusarda torpağa tapşırıldı – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusar rayonunda torpağa tapşırılıb.

Etikxeber.az-ın xəbərinə görə, Qusar rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.

Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid əsgər torpağa tapşırılıb.

Etikxeber.az

Read Previous

“Bu, yüksək mükafatdır, siz buna layiqsiniz…” – PREZİDENT FİDAN QASIMOVA HAQDA

Read Next

“Azərbaycan öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur” – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir