“Şəhidimlə, Şəhidlərimizlə bağlı ev-muzeyi təşkil etmək istəyirəm və…”-ŞƏHİD ANASI SİMUZƏR BAĞIYEVA

Hər gün demək olar ki, Şəhidlərimizlə bağlı müxtəlif tədbirlərdə, açılışlarda oluruq. Şəhid ailələri, Şəhid valideynləri, Şəhid anaları, Şəhid xanımları bir-birimizə dayaq, mənəvi dəstək olmağa, birlikdə özümüzü ovutmağa, birlikdə dərdlərimizi bölüşməyə, birlikdə ayaqda durmağa çalışırıq. Demək olar ki, aylardır heç birimiz evimizə-eşiyimizə sığa, sığışa bilmirik, gün keçdikcə Şəhidlərimiz bizə daha çox yaxınlaşır, daha çox doğmalaşır, onlardan mənən, ruhən ayrılmaq mümkün olmur və mümkün deyil. Odur ki, Şəhid ailələri, Şəhid anaları, Şəhid xanımları olaraq, bir-birimizə dəstək verməyimiz, bir-birimizin yanında olmağımız çox vacib və əhəmiyyətlidir.

Bunu Etikxeber.az-a açıqlamasında Şəhid, Qazi və Əsgər anası Simuzər Bağıyeva deyib.

“Özünüz də bilirsiniz, şahidsiniz ki, şəxsən mən özüm hər gün neçə tədbirdə, neçə açılışda oluram. Kənd-kənd, rayon-rayon gəzirəm aylardır, günlərdir. Ötən müddətdə də böyük bir foto-arxivim yaranıb. Onları-fotoları bir yerdə toplamaq, bir yerdə, səliqəli şəkildə saxlamaq, eləcə də, gələcək nəsillərə çatdırmaq üçün üçün Şəhidimin, bütövlükdə Şəhidlərimizin adına, xatirəsinə ev-muzeyi təşkil etmək istəyirəm.

Yəni, yaşadığımız evin həyətində tikdirdiyimiz otaqlardan birini məhz Şəhid ailələri ilə keçirdiyimiz görüşlərdən, açılış mərasimlərdən çəkdirdiyimiz, çəkilən fotolar üçün ayırmağı, ev-muzeyi təşkil etməyi nəzərdə tuturam. Bu, elə bilirəm ki, Şəhidimin-Cəmilimin, o cümlədən, bütün Şəhidlərimizin ruhlarını az da olsa sevindirmiş, şadlandırmış olar. Allah Cəmilim daxil olmaqla, bütün Şəhidlərimizə qəni-qəni rəhmət etsin, baş tacımızdırlar, ruhları qarşısında baş əyirəm, baş əyirik! Allah bütün Şəhid ailələrinə də dözüm, səbr, güc-qüvvət versin!”-deyə, Şəhid anası sözlərinə əlavə edib.

Qeyd edək ki, Simuzər Bağıyeva Kürdəmirinin İkinci Vətən Şəhidlərindən olan Cəmil Həşimlinin anasıdır.

Simuzər Bağıyeva həm də Qazi Mərahim Həşimli və Əsgər Cavid Həşimlinin anasıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq…”-MM-İN KOMİTƏ SƏDRİ NÖVBƏTİ DƏFƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Read Next

Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkidə əyani tədris qismən-BƏRPA OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir