Şəhidliyindən cəmi bir öncə ailəsi ilə danışan, onlara ürək-dirək verən, evin-ailənin tək oğlu-QƏBƏLƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ELMƏDDİN MUSTAFAYEV… – FOTOLAR

Qəbələli İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Məhəmməd oğlu Mustafayev…

Vətən sevdalısı, Nur üzlü Şəhidimiz…

Cəmi 19 yaşında Vətən yolunda canını qurban edən Vətən fədaisi…

Elməddin 2001-ci il ilin 1 may günündə Qəbələ rayonunda sadə bir ailədə dünyaya göz açıb…

Evin-ailənin iki övladından biri və tək bacının tək qardaşı olub…

Əvvəlcə orta məktəbdə, sonra isə Peşə məktəbində oxuyub, aşpazlıq ixtisasına yiyələnib…

Sonra, 2019-cu ilin iyul tarixində həqiqi hərbi xidmətə, Əsgərliyə, Vətənin keşiyinə yollanıb…

Əsgərliyinin başa çatmasına cəmi aylar-2 ay 25 gün qalmış Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Mühraibəsinə qatılıb, Vətənin müdafiəsinə qalxıb…

Şərəfli döyüş yolu 14 gün çəkib…

Axırıncı dəfə isə oktyabrın 9-da ailəsi-valideynləri ilə danışıb, onlara ürək-dirək verib…

Və oktyabr ayının 10-da Füzuli istiqamətində qanlı döyüşlərdən birində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə bir gün sonra, oktyabrın 11-də Qəbələ rayon qəbiristanlığında uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

19 yaşında Şəhidlik məqamına ucalan Elməddin həm də subay olub…

***

Qeyd edim ki, Şəhidimizin anası Könül xanımla bir neçə gün öncə-Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüseynzadənin Cənnətdəki üçüncü doğum günündə tanış olmuş, qısaca da olsa, söhbətləşmişdim…

Ona-ailəsinə Allahdan səbr və dözüm arzulayaraq, “Şəhidimizin məkanı cənnətlik olsun!”-demişdim…

Və dünən, Qəbələdə-Bumda daha bir İkinci Vətən Müharibəsi Şəhidimizin-Adəm Heydərovun Cənnətdəki üçüncü doğum günündə Elməddin Mustafayevin anası ilə yenidən bir araya gəldim…

Bir daha “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Eyni zamanda, Şəhidimizin anasına söz verdim ki, tezliklə onları da evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…

Allah övladlarının-tək oğullarının məqamını Uca etsin!

Böyük Yaradan bir daha və bir daha səbrlərini versin Mustafayevlər ailəsinin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrilə ikinci görüşün Bakıda keçirilməsini-BİR DAHA TƏKLİF ETDİ

Read Next

“Əfsanəvi tabor”un Şəhidlərinin valideynləri-İMKANSIZ İNSANLARI SEVİNDİRDİLƏR, ONLARA RAMAZAN SOVQATI TƏQDİM ETDİLƏR…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir