Şəhidliyindən saatlar öncə ailəsi ilə sonuncu dəfə danışan, nəşi 39 gündən sonra Əbədiyyətə uğurlanan-BƏRDƏLİ-ÜÇ MEDALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ YAQUB İLHAM OĞLU YAQUBOV… – FOTOLAR

Yaqub İlham oğlu Yaqubov…

Qəhrəman Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidi…

Vətən sevdalısı, Nur üzlü Şəhidimiz…

İgidimiz, Tarix, Dastan yazan Qəhrəmanımız…

Yaqub Bərdə rayonunun Kələntərli kəndində, 1997-ci ilin 1 iyun tarixində, özü də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə və ziyalı ailəsində dünyaya gəlib…

Anası da, atası da ali təhsillidirlər…

Ailənin üç övladından-iki qardaşdan biri olub…

2003-2014-cü illərdə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində təhsil alıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2015-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və 2017-ci ildə Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də bir Qarabağlı, bir Vətən sevdalısı kimi döyüşlərə atılıb…

Şərəfli döyüş yolu 18 gün çəkib…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 14-də danışıb…

Və elə həmin gün-oktyabr ayının 14-də Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 39 gün sonra tapılıb, ailəsinə təhvil verilib, noyabr ayının 22-də Kələntərli kəndinin Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Cəsur döyüşçü” medalları ilə təltif olunub…

23 yaşında Şəhidlik məqamına ucalan Yaqub subay olub…

Yaqub həm də Kələntərli kəndinin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

***

Yeri gəlmişkən, Şəhidimizin ailə üzvləri ilə ilk dəfə dünən-29 mart tarixində Kürdəmir rayonunun Şahsevən kəndində, cəmi 18 yaşına Şəhidlik zirvəsinə yüksələn Nizami Osmanovun Cənnətdəki üçüncü doğum günündə bir araya gəldim…

Və onu da deyim ki, Nizami Yaqubun Əsgəri olub və ikisi də eyni gündə, eyni yerdə Şəhid olublar…

Şəhidimizin ailə üzvləri ilə qısaca da olsa, söhbətləşdim, dərdləşdim…

Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…

Və söz verdim ki, bir gün gəlib onları da evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…

Məqamı Uca, ruhu şad olsun-Şəhidimizin!

Müqəddəs ruhu qarşısında baş əyirəm, baş əyirik!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır…”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından-105 İL ÖTÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir