Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərə xəbərdarlıq edib.

Etikxeber.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2007-ci il 13 iyul tarixli qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarına əsasən, dərman vasitəsinin qeydiyyat vəsiqəsi 5 il müddətinə qüvvədə qalır.

Farmakopeya qaydalarına əsasən, steril dərman vasitələrinin laborator sınağı 15 gün ərzində həyata keçirilir. Həftənin şənbə və bazar günləri Mərkəzin iş günü olmaması, bəzi hallarda istirahət, bayram və digər qeyri-iş günlərinin həftəiçi günlərə təsadüf etməsi nəticəsində dərman vasitəsinin sənədlərinin ekspertizası və nümunələrinin laborator sınaqlarının aparılmasına qədər qeydiyyat vəsiqəsinin qüvvədəolma müddətinin bitməsi hallarına rast gəlinir. Bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyat vəsiqəsinin qüvvədəolma müddətinin bitməsinə 30 təqvim günündən az qaldığı təqdirdə ölkəyə idxal olunması məqsədəmüvafiq hesab edilmir.

Etikxeber.az

Read Previous

“Millətçi deyiləm, ancaq dövlətimə hörmətsizliyi qəbul etmərəm” – ASLAN İSMAYILOV

Read Next

“Tehran Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Vali

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir