Səhiyyə Nazirliyi: İİV-ə əsasən inyeksion narkotik istifadəçiləri yoluxub

Azərbaycanda İİV-ə əsasən inyeksion narkotik istifadəçiləri yoluxub. Belə ki, bu ilin üçüncü rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19 faizi, 1987-ci ildən 2016-cı il aprelin 1-dək aşkar olunan yoluxma hallarının 49 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  Etikxeber.az-a bildirilib ki, 2016-cı ilin 9 ayı ərzində İİV-ə yeni yoluxanların sayı 374 nəfər təşkil edib. Onlardan 365-i Azərbaycan vətəndaşı, 9-u isə əcnəbidir. Qeydiyyata alınmış 365 yerli sakindən 232-si kişi, 133-ü isə qadındır. Bu dövr ərzində İİV-dən 43 nəfər dünyasını dəyişib.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxması təsdiq olunmuş 5025 nəfər rəsmi qeydiyyata alınıb. Onlardan 3642-si kişi, 1383-ü qadındır. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1 faizində heteroseksual, 1,8 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə baş verib, 7,5 faizində yoluxma yolu müəyyən edilməyib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 386 nəfərin müalicəsinə bu ilin ilk 9 ayı ərzində başlanılıb.

Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinə olunub və 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

Etikxeber.az

Read Previous

Masallıda evlərini su basmış 48 nəfər təxliyə olunub – FHN

Read Next

Bakıda VII Avropa Kino Festivalı start götürəcək – Aİ-nin dəstəyi ilə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir