Şəki və Babək sakinləri qanunsuz saxladığı silahları təhvil verdi

Şəki rayonunun Baş Kəldək kənd sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Şəki rayonunun Baş Kəldək kənd sakini Samir Hüseynov müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngini könüllü olaraq ŞRPŞ-yə təhvil verib.

Babək sakini tapdığı silahı könüllü təhvil verib

Həmçinin, Babək rayon sakini tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib.

Məlumata görə, Babək rayon sakini Qurban Hüseynov tapdığı “TOZ-8” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Etikxeber.az

 

Read Previous

Pirallahı sakinindən silah götürüldü

Read Next

“Qeyri-maddi mədəni irsimiz əsrlər boyudur farslaşdırılır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir