Səməd Seyidov seçicilərlə-BİR ARADA – FOTO

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd İsmayıl oğlu Seyidovun təbliğat kampaniyası çərçivəsində Qazax rayonunda bir sıra görüşlər keçirilib.

Etikxeber.az yap2020.az-a istinadən xəbər verir ki, Səməd Seyidovun Qazax şəhərində Qarabağ müharibəsi əlilləri, rayonun gəncləri, Hüseynbəyli, Orta Salahlı və Aşağı Salahlı kəndlərində seçicilərlə görüşüb.

Görüşlərdə deputatlığa namizəd Səməd Seyidov YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin üzvlərindən Həmid Pənahov, Məmməd Yusifov, Barat Alıyev, Firdovsi Umudov, Akif Əmirov, Kənan Hüseynli, Elşad Quliyev, Kamandar İbrahimov iştirak ediblər.

Görüş zamanı çoxsaylı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədi Səməd Seyidova səs verəcəklərini bildiriblər.

Etikxeber.az

Read Previous

“Seçkilər demokratiyanın atributlarından biridir…” – MİLLƏT VƏKİLİ

Read Next

Kamilə Əliyeva bu dəfə kimlərlə-GÖRÜŞDÜ, NƏDƏN DANIŞDI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir