Səməd Seyidov xarici ezamiyyə xərclərinin həcminin artırılmasını təklif etdi

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov xarici ezamiyyə xərclərinin həcminin artırılmasının tərəfdarıdır.

Etikxeber.az-ın  xəbərinə görə, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı S.Seyidov deyib ki, son dövrlərdə beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır, ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq, onun həcminin artırılmasına ehtiyac var.

O, bildirib ki, diplomatların maaşlarında dürüstləşmə aparılacaq.

KAMİL

Etikxeber.az

Read Previous

“AMEA əməkdaşlarının məvacibləri artırılsın…” – GÖVHƏR BAXŞƏLİYEVA

Read Next

“Biz bununla hara gedirik?!” – DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir