Səməd Vurğunun İstanbul və Ankarada anma tədbirləri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə İstanbulda və Ankarada anma tədbirləri keçiriləcək.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, yubiley tədbirləri çərçivəsində kitab və fotosərgi, beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə nümayiş olunacaq.

Birinci tədbir noyabrın 14-də İstanbulda 36-cı Beynəlxalq Kitab sərgi yarmarkası çərçivəsində, ikinci tədbir isə noyabrın 15-də Ankarada TÜRKSOY-un iqamətgahında, sonuncu tədbir isə noyabrın 17-də isə Türkiyə Milli Kitabxanasında təşkil olunacaq.

Bu tədbirlərdə Milli Kitabxananın nəşri olan “S.Vurğun. Biblioqrafiya” kitabının təqdimatı keçiriləcək, şairin kitablarından ibarət sərgi açılacaq, həyat və yaradıcılığına həsr edilən konfrans təşkil ediləcək və digər təqdimatlar olacaq.

Etikxeber.az

Read Previous

Norveç və İsveçrə filmləri Bakıda nümayiş olunacaq

Read Next

Bolqarıstanın yeni prezidenti məlum oldu – Rumen Radev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir