Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biləsuvarın fəxri, Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrud qəsəbəsinin və Xudafərin kəndinin işğaldan azad olunmasında fəal iştirak edən qazimiz Əsgərli Şəmistan Ədalət oğluna zəng etdim. Əhvalı əladır, əsl qalib əhvalı! Dediyinə görə yaraları da tam sağalmaq üzrədir, yaxın günlərdə xidmətə geri dönəcək. Allah yolunu açıq etsin, Şəmistan həqiqətən qürur duyulası igidimizdir!
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.
“Həmçinin Biləsuvardan olan digər qazimiz, Məmmədli Ülvi Rəşad oğlu ilə əlaqə saxlasam da, yalnız qazimizin atası ilə danışa bildim. Qazinin atası Rəşadın dediyinə görə, Ülvi hospitala yerləşdirilsə də, israr edərək yenidən cəbhəyə yollanıb. Tam sağalmasa da, ümumilikdə isə səhhəti yaxşıdır, şərəflə xidmətini davam etməkdədir. Rəşad qardaşımızı dinlədikcə bir daha həm qazimiz, həm də atası ilə qürur duydum! Allah bütün qazilərimizi, əsgərlərimizi qorusun!”-deyə, o, əlavə edib.
Etikxeber.az