“Sənət Akademiyası bir ili tamam olmamış fəaliyyətilə bir çox illəri qabaqlayıb” – HAŞIMOVA – FOTOLAR

“Rəhbəri olduğum Sənət Akademiyası heç bir ili tamam olmamış fəaliyyəti ilə -nölkə üzrə çıxışlarına nəzər salsaq – demək olar ki, artıq bir çox illəri qabaqlayıb”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ifaçı, Əməkdar artist Aybəniz Haşımova deyib.

aybeniz-ak

aybeniz-ak-1

aybeniz-ak-4

aybeniz-ak-3

“Dünən isə sevincimin üzərinə daha böyük – həm həyəcan, həm də ki, fərəh hissi qatıldı.

Dəyərli tələbələrimdən Nicat Qəniyev və Müzəffər Fərzəliyev “WORLD HARMONY” beynəlxalq festivalinda ifaları ilə böyük uğur qazandılar.

Inanıram ki, sabah – 19 dekabr tarixində  açıqlanacaq nəticələrə- tələbələrimin ifalarına görə, çox böyük pillələrə layiq görüləcək.

Azərbaycanımıza bu böyük festivalları gətirdiyiniz ücün dəyərli Əziz müəllimə  çox sağ olun deyirəm.

Gənclərimizə  göstərdiyiniz xidmətlərin misli yoxdur.

Mən fəxr edirəm ki, sizin kimi həm dəyərli dostum, həm də sinif yoldaşım var”-deyə, A. Haşımova sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarabağla bağlı düzgün mövqe tutulsaydı, Qüds məsələsi təkrar olunmazdı” – NOVRUZOV – FOTOLAR – YENİLƏNİB (1)

Read Next

Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir