Sənətçilərimizin iştirakı ilə Moskvada “Manon Lesko” operası oynanılacaq – FOTO

Yanvarın 24-26-da və 28-də Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operası nümayiş etdiriləcək.

Etikxeber.az teatrın saytına istinadla xəbər verir ki, yanvarın 25-də və 28-də səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) ifa edəcək. Həmin günlərdə Manon Lesko obrazını Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) canlandıracaq.

opera

Xatırladaq ki, E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos” Aleksandr Borodinin “Knyaz İqor” operalarında obrazlar yaradıb.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov isə 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-prisinə layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

Etikxeber.az

Read Previous

Ərdoğanla Ruhani bir araya gəldi – TELEFONDA

Read Next

Jurnalist-dizayner Fuad Həsənov dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir