“Sənətçiyə, futbolçuya milyonlar, elm insanına isə qəpik-qurus…”-ƏMƏKDAR ARTİST

Hər zaman belə düşünmüşəm. Elm həyatın açarı, onu öyrənib dünya evinə girənlər isə o açarın sahibidirlər. Tək öz ölkəmizdə deyil, bütün dunyada elmli insanların yaratdıqlarından bütün dünya faydalanırsa, o zaman onların həyat tərzi daha gözəl olmalıdır. Bu gün dünyanı cənginə alan bir virus əlində hamı acizləşib. Hamı həkimə muraciət edir. Xəstələnəndə yanlarına qaçıb, dərdimizə dərman istədiyimiz, 20-30 manat verib, dallarınca dansdığımız həkimlərdir elə bunlar.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış sənətkar, Əməkdar artist Nuriyyə Hüseynova deyib.

“Biməmiz lazım ki, bu biliyə sahib olana kimi, həyatını, gəncliyini, istirahətini xərcləyib haqqında bəhs etdiyimiz həkimlər.Tək həkimlər deyil də, ümumiyyətlə, bu sırada bütün elm insanları, yaradıcı insanlar yer alır. Dunya ayılsın və görsün ki, sənətçiyə, futbolçuya milyonlar, elm insanına isə qəpik-qurus verib tarazlığı pozmaq nə deməkdir. Dara düşəndə dünyamız, yenə də harayımıza elmli insanlar çatır. Haqqı olan haqqını almalıdır. Tarazlıq pozulur səhv düşəndə yerimiz.

Peygəmbərimiz belə buyurub ki, min ilin ibadətindənsə, bir günün elmi daha vacibdir. Mən belə düsünürəm ki, bu olanlar bizim ölkəmizə öz təsirini edəcək. TV-lərdə insanları geriliyə, cəhalətə aparan verlişlərin sayı azalacaq. İnsanların hər hansı qarşılaşdıqları xoşagəlməz hadisələrin həllində, dünyagörüşünün artmasında daha dolğun, məntiqli, mənalı proqramların yayımlanmasına qərarlar veriləcək. Cəhalətə sürükləyən nə qədər proqramlar varsa, azalmasının şahidi olacağıq”-deyə, o, əlavə edib.

Etikxeber.az


Read Previous

200 məhkum azadlığa buraxıldı-ƏDLİYYƏ NAZİRLİYİ

Read Next

“Evdə qalaq, salamat qalaq” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir