“Sənətkarlarımıza sonsuz qayğı və diqqət tarixin yeni səhifələridir” – DEPUTAT – RƏYLƏR

Eldəniz SƏLİMOV: “Elə bir mədəniyyət, sənət hadisəsi yoxdur ki, orada Mehriban xanımın əməyi, zəhməti, xidməti olmasın…”

Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın  Xalq artisti, böyük sənətkar Əlibaba Məmmədova baş çəkməsi, səhhəti ilə yaxından maraqlanması sənətimizə, sənətkara verilən qiymətin ifadəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O, qeyd edib ki,  Azərbaycanın Birinci xanımının bu sahədəki xidmətləri əvəzsiz və unudulmazdır.

“Muğam sənətinin inkişafındakı xidmətləri ilə o, sənət aləmində yeni bir unudulmaz tarix yaratdı.

Mehriban xanımın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sayəsində Azərbaycan muğamına ikinci nəfəs verildi, Azərbaycan muğamı, muğam sənəti ikinci inkişaf-intibah dövrünə qədəm qoydu, Azərbaycan muğamının səsi dünyanın ən böyük, ən möhtəşəm salonlarından gəlidi.

Sənətkarlarımıza sonsuz qayğı və diqqət isə tarixin yeni səhifələridir. Bununla hər birimiz qürur duyuruq…”-deyə, T. Rzayev sonra qeyd edib.

Digər millət vəkili Eldəniz Səlimov da ölkənin Birinci vitse-prezidentinin Azərbaycan muğam sənətinin korifeylərindən olan Xalq artisti Ə. Məmmədova baş çəkməsini, səhhəti ilə maraqlanmasını, bir daha onun Azərbaycan mədəniyyətindəki rolunu vuğrulamasını sənətə və sənətkar verilən yüksək dəyər kimi qiymətləndirib.

“Azərbaycanda daim-tarixən sənətə, sənətkara böyük diqqət və qayğı göstərilib. Həm insanlar, ictimaiyyət, həm də dövlət və hökumət rəhbərliyi tərəfindən  sənətə, sənətkarlara, Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən insanlara böyük hörmət-izzət nümayiş etdirilib. Sənət adamları, sənətkarlar hər zaman məclislərin bəzəyi olub, məclislərdə baş köşələrə keçiriliblər.

Xüsusilə də, Ulu Öndərin birinci və ikinci hakimiyyəti dövründə Azərbaycanın sənət adamları, sətənkarlarımız ən yüksək səviyyədə dəyərləndirilib, himayə olunub, bir çoxları hətta, keçmiş SSRİ-nin, sovetlər rejiminin təqib və təzyiqlərindən qorunublar. Ulu Öndər  bəzən öz həyatını təhlükə altına, risqə qoyaraq, Azərbaycanın sənət adamlarını qoruyub, onlara hərtərəfli dəstək göstərib.

Onun siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin dövründə də bu kurs, bu siyasət daim davam etdirilib və bu gün də etdirilməkdədir. Ölkə başçısı heç bir sənət adamını, sənətkarı diqqətdən, nəzərdən kənarda saxlamayıb. Bu ilin əvvəllərində yaradıcı insanlarla görüşü və ondan sonra verilən çoxsaylı fərman və sərəncamları, dəyərləndirmələri buna misal göstərmək olar.

O cümlədən hər bir məsələdə dövlət başçısına dəstək olan Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafında da öz sözünü deyib, öz möhürünü vurub. Bu gün  tam mübaliğəsiz və birmənalı şəkildə demək olar ki, Mehriban xanım Azərbaycan mədəniyyətinin, Azərbaycan sənətinin və sənətkarlarının əsl himayəçisinə çevrilib. Elə bir mədəniyyət, sənət hadisəsi yoxdur ki, orada Mehriban xanımın əməyi, zəhməti, xidməti olmasın.

Bu, Mehriban xanımın böyüklüyünün, mənəvi ucalığının, sənəti və sənətkarı zərgər dəqiqliyi ilə dəyərləndirməsinin sübutu və  göstəricisidir. Mehriban xanımın bugünkü nəcib addımı, böyük sənətkarımız Əlibaba Məmmədova baş çəkməsi də deyilənlərin növbəti əyani təsdiqidir. Bu, bir daha onun təsdiqidir ki, Azərbaycan mədəniyyəti, Azərbaycan sənəti və onun inkişafı etibarlı əllərdədir və bu əllər hələ uzun illər mədəniyyətimizə, sənətimizə, onun inkişafına daha böyük töhfələr verəcək”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“36-lar”: BƏXT KİMİN ÜZÜNƏ GÜLƏCƏK, YAP BU DƏFƏ KİMƏ “YAŞIL İŞIQ” YANDIRACAQ…?

Read Next

ATƏT-n Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası keçiriləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir