“Sən demə, oğlumu yaxşı tanımamışam…Hara gedirəmsə, hamı oğlumdan danışır, onu mənə tanıtdırır…”-GƏNCƏLİ ŞƏHİD HACI RAUFUN ANASI BRİLYANT ƏSGƏROVA – FOTOLAR

Bu gün-günorta saatlarında Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Nur üzlü Vətən sevdalılarımızdan olan Hacı Rauf Vaqif oğlu Əsgərovun ailəsini, ocağını ziyarət etdim…

Şəhidimizin Nur üzlü anası Brilyant xanıma, övladlarına baş çəkdim…

Və qeyd edim ki, ilk dəfəydi Şəhidimizin evində, ocağında olurdum…

Ailəsinə, ocağına baş çəkməzdən öncə isə Gəncə şəhər Şəhidlər Xiyabanında məzarını ziyarət etdim…

Ruhuna dualar etdim, ruhu qarşısında ehtiramla baş əydim…

Evində, ocağında olarkən, Şəhidimizin anası ilə söhbətləşdim, dərdləşdim…

Şəhidimizin anasına, ailəsinə bir daha Allahdan səbr və dözüm dilədim, bir daha “Məkanı cənnətlik, məqamı Uca, ruhu şad olsun!”-dedim…

Bu yerdə qeyd edim ki, Hacı Rauf ailənin 3 övladından, 3 qardaşdan biri, evin ortancıl oğlu olub…

Hər üç qardaş ali təhsilli olublar…

Hazırda Rusiyada yaşayan qardaşları kimi Hacı Rauf da ailəliydi…

3 övlad atası idi…

İkinci Vətən Müharibəsi zamanı vəzifəsini isə bir kənara qoyaraq, Vətənini ailəsindən üstün tutaraq, könüllü şəkildə Vətənin müdafiəsinə yollanıb…

Oktyabrın 6-dan Şəhidliyinə qədər şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə-42 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 28 oktyabr tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Şəhidimizin anası, uzun illər kimya müəllimi işləmiş Brilyant xanımın dediklərindən:

“Mən Şəhidliyinə qədər oğlu yaxşı tanımamışam…Hamı oğlumu mənə tanıtdırır…Hara gedirəmsə, hamın ondan, onun yaxşılıqlarından, xeyirxah əməllərindən, vətənpərvərliyindən danışır…Lənkərana gedirəm, orada oğlumdan danışırlar, Masallıya gedirəm, orada Raufdan danışırlar, Bakıya gedirəm, yenə ondan danışırlar…Deməli, gözümün qabağında olsa da, oğlumu tam, yaxşı tanımamışam…Çox vətənpərvər, çox torpaq, azadlıqsevər bir oğlu idi…Hər zaman Qarabağdan, torpaqlarımızın azad olunacağından, orada müqəddəs bayramlarımızı qeyd edəcəyimizdən danışardı…Sən demə, Şəhidliyinə hazırlaşırmış, Şəhidliyə can atarmış…”.

Şəhidimizin ocağını, ailəsini ziyarətim bir saatdan çox çəkdi…

Ziyarət zamanı, eləcə də Şəhidimizin anasını dinlədikcə, bir daha Şəhidimizlə Fəxr etdim, Qürur duydum..

Fəxr etdim, Qürur duydum ki, xalqımızın, millətimizin Hacı Rauf kimi Qəhrəman, Mərd, İgid övladı-övladları olub və var…

Onlar cismən bizimlə bir arada olmasalar da, amma mənən, ruhən bizlərlədir, Azərbaycanladır…

Və müstəqil, Qalib Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadılqca, onlar da, Hacı Rauflar da var olacaq, yaşayacaqlar!

Ruhu, ruhları qarşısında bir daha baş əyirəm, baş əyirik!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir”-İLHAM ƏLİYEV

Read Next

Azərbaycanda Milli Dirçəliş Günü-QEYD OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir