Sərbəst güləşçilərimiz Ermənistan millisinə qalib gəldilər

İranın Urmiya şəhərində keçirilən gənc güləşçilər arasında “Martyrs Cup” turnirində sərbəst güləşçilərin mübarizəsi başa çatıb.

Etikxeber.az xəbər verir ki, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığmamız qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb.

Görüş 5:5 hesabı ilə başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə, yerli komanda qələbə qazanıb.

Millimiz bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb – 7:3.

Qrupdakı digər görüşdə Ermənistana 6:4 hesabı ilə qalib gələn pəhləvanlarımız 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıblar.

Yığmamız son görüşdə İranın daha bir komandası ilə üz-üzə gəlib.

İki güləşçimizin zədələnməsi nəticəyə təsirini göstərib – 4:6.

Beləliklə, millimiz Urmiyada 4-cü yeri tutub.

Etikxeber.az

 

Read Previous

Prezident 90 yaşı tamam olan rəssama zəng etdi…

Read Next

Yanacaqdoldurma məntəqəsində partlayış – YARALILARIN VƏZİYYƏTİ AĞIRDIR – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir